logo

Paytaxtın bir hissəsinin təbii qaz təchizatı dayandırılacaq

11:33 31-07-2019 | icon 2870
Paytaxtın bir hissəsinin təbii qaz təchizatı dayandırılacaq

Bu gün saat 11:00-dan 13:00-dək qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyniadlı qurğularla əvəz olunması ilə bağlı Sabunçu rayonu üzrə bir qrup abonentin təbii qaz təchizatı dayandırılacaq. 

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Qeyd edilib ki, saat 11:00-dan sazlama işləri ilə əlaqədar Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun isə Ələt qəsəbəsində bir qrup sakinin qaz təchizatı dayandırılacaq.