logo

Bu gün bəzi rayonlarda qaz olmayacaq

10:52 31-07-2019 | icon 2716
Bu gün bəzi rayonlarda qaz olmayacaq

Qaz İxrac İdarəsinin balansında olan bir neçə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar bu gün saat 19:00-dək Bərdə Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının bir hissəsində, eləcə də işlər başa çatanadək Bərdə, Tərtər, Ağdam və Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində təbii qaz təchizatı dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.