logo

"Sarı zolaqla bağlı heç bir narahatçılıq yoxdur" - Vaqif Əsədov

22:46 30-07-2019 | icon 2450
"Sarı zolaqla bağlı heç bir narahatçılıq yoxdur" - Vaqif Əsədov

“Hesab edirəm ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının yüksək səviyyədə təşkil edilməsində elə sürücülərimizin də rolu var” . Bu fikri YeniAvropa-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov daha sonra , sarı zolağa keçmək üçün onlar özləri sürücülərə şərait yaratdıqlarını bildirib: “Sarı zolağa neçə sürücünün girməsiylə bağlı sualları cavablandırmadım, yəni biz sarı zolağı nəzarəti götürdük və lazım gələrsə orda hərəkət edilməsinə özümüz icazə verdik. Özümüz icazə verdiyimiz halda, süni sıxlığın yaranmaması üçün hərəkət etməyə göstəriş verdiyimizə görə sürücülərə necə protokol tərtib edək?! Hesab edirəm ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının yüksək səviyyədə təşkil edilməsində elə sürücülərimizin də rolu var. Çünki onlar bu tədbirin mahiyyətini, beynəlxalq əhəmiyyətini qəbul edib, bizim tövsiyəmizə əməl etdilər. Sürücülər bacardıqca sarı zolaq üzərində hərəkət etmədiklərinə görə tədbir iştirakçıları üçün ayrılmış 136 avtobusun gün ərzində hərəkəti zamanı heç bir yol qəzası hadisəsi baş vermədi. Bu göstəriciyə sevinməyinə dəyər. O ki, qaldı siz deyirsiniz ki, yüzlərlə sürücü sarı zolağa çıxıb. Bir neçə kobud faktı nəzərə almasaq ümumilikdə, yol polisinin göstərişi əsasında sarı zolaqla bağlı heç bir narahatçılıq yoxdur. Bununla yanaşı, heç bir sürücü bundan narazı qalmamalı və bundan sonra da qalmayacaq”.