logo

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 92-ci ildönümü qeyd edilib

20:37 30-07-2019 | icon 2324
Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 92-ci ildönümü qeyd edilib

İyulun 30-da Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 92-ci ildönümü ilə bağlı qəbul keçirilib.

YeniAvropa xəbər verir  ki, əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Janq Zunquo Çin ordusunun yaranmasından, ordunun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb. Bildirib ki, Çin ordusu dünyada sülhün qorunmasına böyük töhfələr verib.

Azərbaycan-Çin münasibətlərinə toxunan Janq Zunquo qeyd edib ki, iki ölkə arasında əlaqələrin tarixi çox qədim dövrlərə gedib çıxır. Xalqlarımız Böyük İpək Yolu vasitəsilə ticarət əlaqələri saxlayıblar. İki ölkə arasında qurulan 27 illik diplomatik münasibətlər Azərbaycan və Çin liderləri tərəfindən daha da inkişaf etdirilir.