logo

İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının idmançı və məşqçilərini mükafatlandırdı

17:45 30-07-2019 | icon 2191
İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının idmançı və məşqçilərini mükafatlandırdı

Prezident İlham Əliyev iyulun 30-da Bakı şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.  YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: 

1. Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

1.1. birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;

1.2. ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;

1.3. üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;

1.4. komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).