logo

İranın vitse-prezidenti edam cəzasına məhkum edilib

19:44 30-07-2019 | icon 2695
İranın vitse-prezidenti edam cəzasına məhkum edilib

İranın sabiq vitse-prezidenti və Tehran bələdiyyəsinin sədri Məhəmməd Əli Nəcəfi edam cəzasına məhkum edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransındə məlumat verib. Onun sözlərinə görə, sabiq vitse-prezident məhkəmədə öz həyat yoldaşını qətlə yetirdiyini etiraf edib. O, qərardan kasasiya şikayəti verilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Məhəmməd Əli Nəcəfi uzun illər İranda milli təhsil naziri və vitse-prezident kimi yüksək vəzifələrdə işləyib.O,İranda islahatçıların ən tanınmış nümayəndələrindən biri sayılır. O, mayın 28-də ikinci həyat yoldaşı Mitra Ostadı odlu silahla qətlə yetirib. Cinayətdən sonra dərhal polisə təslim olan Nəcəfi törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd olunur ki, Nəcəfi İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin, daha sonra bir müddət Həsən Ruhaninin müavini olub və 2017-ci ildə Tehran bələdiyyəsinin sədri seçilib. O, ötən il uşaqların rəqs etdiyi bir tədbirdə iştirak etdiyi üçün tənqidlərə məruz qalıb və qısa vaxtdan sonra vəzifəsindən istefa verib.