logo

Bu gün UEFA ÇL-da II təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək

13:59 30-07-2019 | icon 12957
Bu gün UEFA ÇL-da II təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək

İyulun 30-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçiriləcək.

YeniAvropa xəbər verir ki, qarşılaşmalar iki gün ərzində oynanılacaq. İyulun 30-da 7, bir gün sonra isə 5 görüş təşkil olunacaq. İkinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı görüşlər oynanılacaq:

“APOEL” (Kipr) – “Sutyeska (Monteneqro), ilk oyun – 1:0;

“Kalyu” (Estoniya) – Seltik (Şotlandiya), ilk oyun – 0:5;

“Təl-Əviv” (İsrail) - “CFR Cluj” (Rumıniya), ilk oyun – 0:1;

“Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya), ilk oyun – 2:3;

“Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan), ilk oyun - 2:0;

“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan), ilk oyun – 1:3;

“Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya), ilk oyun – 0:0.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində cavab qarşılaşmasını iyulun 31-də keçirəcək. Birinci oyunda səfərdə İrlandiyanın “Dandulk” komandası ilə 1:1 hesablı heç-heçə edən ağdamlılar rəqibi “Dalğa Arena”da qəbul edəcəklər. Növbəti mərhələyə vəsiqə üçün ağdamlılara qolsuz heç-heçə də kifayət edir.

İyulun 31-də oynanılacaq digər cavab qarşılaşmaları aşağıdakılardır:

“HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2;

“AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun - 1:2;

“Rusenborq” (Norveç) – “BATE” (Belarus), ilk oyun –1:2;

“Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun – 2:0.

Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “Sutyeska” – “APOEL” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.