logo

Qubada 2 ədəd brilliant daş-qaşı satmaq istəyən dəstə üzvləri yaxalanıblar

12:51 30-07-2019 | icon 2394
Qubada 2 ədəd brilliant daş-qaşı satmaq istəyən dəstə üzvləri yaxalanıblar

Qubada  külli miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşı rayon ərazisində satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıblar.

YeniAvropa xəbər verir  ki, bu haqda  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Quba rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində brilliant daş-qaşı satmaq istəyən dəstə üzvlərini saxlayıb. Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.

İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.