logo

Çətənə kolları becərən Xızı sakini saxlanılıb

12:10 30-07-2019 | icon 2569
Çətənə kolları becərən Xızı sakini saxlanılıb

Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəyəhmədyurd kənd sakini, 28 yaşlı Famil Baxışov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 34 kiloqram təşkil edən 51 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı F.Baxışov çətənə kollarını aprel ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.