logo

Hərbi təyyarə yaşayış məhəlləsinə düşdü, 17 nəfər öldü

09:58 30-07-2019 | icon 2576
Hərbi təyyarə yaşayış məhəlləsinə düşdü, 17 nəfər öldü

Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhəri üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Aviaqəzadan sonra yanğın baş verib və bir neçə binanı bürüyüb. Hazırda yanğın söndürülüb.