logo

“Dinamo”(Tbilisi)-“Qəbələ” matçının hakimləri açıqlanıb

19:51 29-07-2019 | icon 2919
“Dinamo”(Tbilisi)-“Qəbələ” matçının hakimləri açıqlanıb

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan)-“Qəbələ” matçının hakimləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, avqustun 1-də keçiriləcək görüşü Finlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Petri Vilyanen olacaq. Ona həmyerliləri Riku Vihreavuori və Mika Lamppu kömək edəcəklər. Görüşdə dördüncü hakimi funksiyasını Dennis Antamo yerinə yetirəcək. Cavab oyununda hakim-inspektor vəzifəsini Yens Larsen (Danimarka) icra edəcək. UEFA nümayəndəsi isə moldovalı Sergey Lisnik olacaq.

Tbilisidəki Boris Payçadze adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İyulun 25-də Qəbələ şəhər stadionundakı ilk oyunda komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.