logo

Abşeronda dənizdə batan 12 yaşlı oğlanın meyiti tapılıb

17:59 29-07-2019 | icon 2464
Abşeronda dənizdə batan 12 yaşlı oğlanın meyiti tapılıb

İyulun 28-də Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa–ya bildirilib ki, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.