logo

Rumıniyada kommunizmin dəhşətlərini əks etdirən muzey açılacaq

17:11 29-07-2019 | icon 2688
Rumıniyada kommunizmin dəhşətlərini əks etdirən muzey açılacaq

Buxarestdə parlament binasında Rumıniyanın 1945-1989-cu illərdə sosial-iqtisadi, mədəni həyatında reallıqları əks etdirən muzey açılacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə prezident Klaus Yohannis müvafiq sərəncam imzalayıb. Muzeyin açılmasında əsas məqsəd kommunist rejiminə qarşı çıxanlara tətbiq olunan cinayətlər və işgəncələr barədə ictimaiyyəti məlumatlandırmaqdır. Muzey dövlət büdcəsindən və ianələrdən maliyyələşdiriləcək.