logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

16:17 29-07-2019 | icon 2702
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Ötən gün törədilmiş 20 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlərlə" açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.