Prezident Donald Tramp ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədin adını açıqlayıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə respublikaçı konqresmen Con Retkliffin namizədliyini irəli sürəcəyini bildirib.
Xatırladaq ki, Milli Kəşfiyyat İdarəsinin hazırkı direktoru Daniel Kouts avqustun 15-də bu vəzifəni tərk edəcək.