logo

Türkiyədə daha bir təhlükəli terrorçu məhv edilib

22:29 28-07-2019 | icon 2821
Türkiyədə daha bir təhlükəli terrorçu məhv edilib

Türkiyənin təhlükəsizlik qüvvələri Şırnakdakı Cudi və Ağrı səmtində yerləşən Tendürek dağlarında uğurlu antiterror əməliyyatları keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əməliyyatlar zamanı 8 terrorçu məhv edilib. Tendürek dağında zərərsizləşdirilən iki terrorçudan biri "Agir" ləqəbli Uğur Arslan olub. PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən olan U.Arslanın haqqında axtarış elan edilmişdi. Onun tutulması üçün 600 min lirə (təxminən 105 min ABŞ dolları) vəsait ayrılmışdı.