logo

Bakıda 6 nəfər dənizdə batıb

20:52 28-07-2019 | icon 2485
Bakıda 6 nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin(FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfərin, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir  ki, bu barədə  FHN-dən bildirilib. Qeyd edilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.