logo

“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

16:52 28-07-2019 | icon 2779
“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir.