logo

Bakının mərkəzində ev yanır

09:56 05-02-2018 | icon 3213
Bakının mərkəzində ev yanır

Bakıda səhər satlarında Nəsimi rayonu ərazisində,  "28 May" metro stansiyasının ikinci çıxışına yaxın, rus kilsəsi yaxınlığında yerləşən fərdi yaşayış evində yanğın baş verib. YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Əlavə məlumat veriləcək.