logo

Bakıda “Sarı zolaq” qadağası ləğv edildi

14:31 28-07-2019 | icon 2401
Bakıda “Sarı zolaq” qadağası ləğv edildi

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş qadağa ləğv edilib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı başa çatdığı üçün qadağa ləğv olunub.