logo

Tunisdə mərhum prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib

21:15 27-07-2019 | icon 2975
Tunisdə mərhum prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib

Tunisdə mərhum prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Emmanuel Makron, Qətər əmiri Şeyx Tamim bin Hamad Al Tani, İspaniya kralı VI Felipe, Əlcəzair prezidenti Abdelkadir Ben Saleh və dünyanın bir çox ölkələrindən gəlmiş qonaqlar, habelə minlərlə tunisli iştirak ediblər.

 YeniAvropa "CNN" telekanalının saytına istinadla xəbər verir ki, dövlət başçısının Tunisin dövlət bayrağına bürünmüş tabutu Kartage meydanında hərbi katafalkın üzərinə qoyulub və paytaxtın küçələri ilə 10 kilometr aparılıb. Mərhum Prezidentin cənazəsi Tunisin Al Cəllaz qəbiristanlığında torpağa verilib. Tunislilər öz liderini son mənzilə əllərində dövlət bayrağı və dövlət himnini səsləndirərək yola salıblar.

Beji Kaid əs-Sebsinin vəfatından sonra parlamentin spikeri Mohammed Ənnasir ölkənin keçid dövründə başçısı elan olunub. Tunisdə yeni prezident seçkiləri sentyabrın 15-ə təyin olunub.