logo

114 nəfər sel və daşqınların qurbanı olub

19:33 27-07-2019 | icon 2849
114 nəfər sel və daşqınların qurbanı olub

Banqladeşdə iyulun 10-dan başlayan musson yağışları nəticəsində meydana gələn sel və daşqınlar nəticəsində ümumilikdə 114 nəfərin öldüyü bildirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin cənub-şərq əyalətlərində çaylardakı suyun səviyyəsi artmaqda davam edir. Yerli sakinlər öz evlərini tərk etməyə məcbur olublar.

Xəbərdə qeyd olunur ki, təkcə son bir həftə ərzində 47 nəfər həyatını itirib və 700 minə yaxın insan təxliyə olunub. Ölkədə içməli su qıtlığı yarandığından 15 mindən çox adam yoluxucu xəstəliklərdən əziyyət çəkir. Bundan başqa, 15 gün ərzində davam edən leysan nəticəsində xəsarət alanlar da xəstəxanalara çatdırılıb. Ölkədə məcburi köçkünlər üçün 1,4 min müvəqqəti sığınacaq yaradılıb, habelə 2,5 min nəfərlik tibb personalı qrupu təşkil olunub.