logo

Türkiyənin 30 şəhərində FETÖ-çualara qarşı əməliyyatlar keçirilib

17:42 27-07-2019 | icon 2814
Türkiyənin 30 şəhərində FETÖ-çualara qarşı əməliyyatlar keçirilib

İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyənin 30 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, təşkilata üzv olmaqda şübhəli bilinən 64 nəfərin saxlanılmasına dair qərar verilib. Onlardan 44-ü polis əməkdaşıdır. Əməliyyatlar nəticəsində 47 nəfər artıq saxlanılıb, 17 nəfərin axtarışları isə davam etdirilir.