logo

“Metropark” ticarət və əyləncə mərkəzində yanğın baş verib

10:51 27-07-2019 | icon 3955
“Metropark” ticarət və əyləncə mərkəzində yanğın baş verib

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli “Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub.

FHN-dən verilən məlumata görə, nəticədə, binanın 2-ci və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.