logo

“Neftçi”–"Arsenal” oyununu maltalı hakimlər briqadası idarə edəcək

17:13 26-07-2019 | icon 3010
“Neftçi”–"Arsenal” oyununu maltalı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi”–"Arsenal” (Tula, Rusiya) matçının hakimləri bəlli olub.

YeniAvropa xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Qeyd edək ki, komandalar arasında Tula mərkəzi stadionunda keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, avqustun 1-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Arsenal” oyunu saat 21:00-da başlayacaq.