logo

Türkiyədə saxta pasport hazırlayan 161 nəfər həbs edilib

16:59 26-07-2019 | icon 3003
Türkiyədə saxta pasport hazırlayan 161 nəfər həbs edilib

Türkiyədə keçirilən əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla daxil olmuş şəxsləri saxta şəxsiyyət vəsiqəsi və pasportla təmin etməkdə şübhəli bilinən 161 nəfər həbs olunub.

YeniAvropa xəbər verir ki, əməliyyat İstanbul da daxil olmaqla 11 şəhərdə həyata keçirilib. Həbs olunanlar arasında dövlət işçilərinin və terror təşkilatı üzvlərinin də olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.