logo

"Huawei" ilk 5G smartfonunu təqdim edib

15:36 26-07-2019 | icon 2898
"Huawei" ilk 5G smartfonunu təqdim edib

Çinin "Huawei" telekommunikasiya şirkəti kommersiya məqsədli ilk 5G smartfonunu təqdim edib. 

YeniAvropa "Sinxua" agentliyinə istinadla xəbər verir ki, şirkətin mobil telefonlar departamentinin rəhbəri He Qan “Huawei Mate 20x (5G)” cihazlarının Çində 5G şəbəkəsinə qoşulan ilk mobil telefonlar olduğunu bildirib.

"Huawei" telefonların satışı üçün müraciətləri qəbul etməyə başlayıb. Satışlara rəsmi start veriləcəyi gün isə avqustun 16-na təyin edilib. Mobil telefonun başlanğıc qiyməti 898 dollardır.

Çinin "Huawei" telekommunikasiya şirkəti ABŞ və Avstraliyanın onu texnoloji casusluqda ittiham etməsindən sonra beynəlxalq iqtisadi sanksiyalar təhlükəsi ilə qarşılaşıb. Mayın 15-də ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların informasiya-kommunikasiya texnologiyalarının müdafiə olunması barədə sərəncam imzalayıb, bundan iki gün sonra isə Ticarət Nazirliyi "Huawei" telekommunikasiya şirkətini “qara siyahı”ya əlavə edib.

Huawei telekommunikasiya şirkətinin əsası 1987-ci ildə qoyulub. Onun məhsulları və xidmətləri dünyanın 170 ölkəsində təqdim edilir.