logo

Hava limanından 750 kq qızıl oğurlandı

13:33 26-07-2019 | icon 2814
Hava limanından 750 kq qızıl oğurlandı

Braziliyanın San Paulo şəhərində hava limanında 750 kiloqram qızıl oğurlanıb. 30 milyon dollar dəyərində olan qızılın Nyu-York və Sürix şəhərlərinə aparılması planlaşdırılırdı.

YeniAvropa  "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, hadisə 8 silahlı şəxs tərəfindən törədilib. Polis geyimində olan cinayətkarlar hava limanının 2 əməkdaşını da girov götürüblər. Hadisə nəticəsində yaralanan olmasa da, girovlarla bağlı heç bir məlumat verilmir.