Hacıqabul fabriki İran, İraq, Əfqanıstan və Qətərə 31 milyon ədəd yumurta ixrac edib
Cari ilin 6 ayı ərzində Hacıqabul Quşçuluq Fabrikində 152 milyon ədəd yumurta istehsal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Hacıqabul Quşçuluq fabrikinin direktor müavini Sahib Aslanov məlumat verib. Onun sözlərinə görə, ümumiyyətlə, fabrik yumurta istehsalı üzrə ixtisaslaşıb. Ötən il müəssisədə 300 milyon ədəd yumurta istehsal edilib. Məhsulun 4,6 milyon ədədi xarici ölkələrə ixrac olunub. Cari ildə fabrikdə 303 milyon ədəd yumurta istehsalı nəzərdə tutulub. Yarım ildə müəssisədə istehsal olunan məhsulun 31 milyon ədədi İran, İraq, Əfqanıstan və Qətərə ixrac olunub.