logo

Bu gün bir neçə rayonda qaz olmayacaq

10:57 26-07-2019 | icon 2786
Bu gün bir neçə rayonda qaz olmayacaq

İsmayıllı rayonu ərazisində aşkar olunan təbii qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda daha sonra qeyd edilir ki, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq.