logo

Daha üç PKK terrorçusu məhv edilib

17:57 25-07-2019 | icon 2786
Daha üç PKK terrorçusu məhv edilib

Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında PKK terror təşkilatına qarşı davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində Metina bölgəsində daha 3 terrorçu zərərsizləşdirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində terror təşkilatına məxsus külli miqdarda silah-sursat ələ keçirilib, bir sıra sığınacaqlar dağıdılıb.