logo

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı evdə yanğın oldu:1 nəfər xəsarət alıb

17:07 25-07-2019 | icon 3507
Bərdədə məcburi köçkünlərin məskunlaşdığı evdə yanğın oldu:1 nəfər xəsarət alıb

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 270 kvadratmetr olan tikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa -ya bildiriblər ki, hadisə nəticəsində tikilinin dam örtüyünün 50 kvadratmetri və ümumi sahəsi 70 kvadratmetr olan evin mətbəxinin tavanı və içərisindəki əşyalar 12 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.