logo

MAQATE-nın baş direktoru rumıniyalı oldu

16:30 25-07-2019 | icon 2646
MAQATE-nın baş direktoru rumıniyalı oldu

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş əlaqələndiricisi, Rumıniyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda keçmiş daimi nümayəndəsi Kornel Ferutse agentliyin baş direktoru vəzifəsini icra edəcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov verib.

Ulyanov bildirib ki, Ferutse agentliyin bu yaxınlarda vəfat etmiş baş direktoru Yukia Amanonun yaxın köməkçisi olub və bir sıra istiqamətlərdə MAQATE-nin fəaliyyətini əlaqələndirib. Onun sözlərinə görə, yeni baş direktorun seçkilərinə qədər Kornel Ferutse agentliyin rəhbərinin vəzifəsini icra edəcək.

Yukia Amano iyulun 22-də vəfat edib. 72 yaşlı yapon diplomat 2009-cu ildənMAQATE-yə rəhbərlik edib.