logo

Piyada 4 maşının toqquşmasına səbəb oldu

13:48 25-07-2019 | icon 4228
Piyada 4 maşının toqquşmasına səbəb oldu

Paytaxtda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

YeniAvropa xəbər verir  ki,  paytaxtın 3-cü mikrorayondakı bazarının qarşısında, Alı Mustafayev küçəsi ilə hərəkət edən 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markal avtomobil yolu qadağan olunmuş yerdən keçən piyadanı vurmamaq üçün sərt tormozlanma edib. Bu zaman arxasınca hərəkət edən digər avtomobillər ona çırpılıb.

Hadisə zəncirvari qəzanın lap sonunda olan 99-TK-311 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürətlə hərəkət etməsi və məsafə saxlamaması nəticəsində baş verib. Belə ki, həmin avtomobil 99-NR-358 dövlət nömrə nişanlı "Mercedes Benz"ə, o, 10-SS-668 dövlət nömrə nişanlı digər "Mercedes Benz"ə, həmin maşın isə 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markalı avtomobilə çırpılıb.

Nəticədə hər 4 avtomobilə ciddi ziyan dəyib və yolda sıxlıq yaranıb.

Ölən və xəsarət alan yoxdur.