logo

ATƏT-in oşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

12:31 25-07-2019 | icon 2359
ATƏT-in oşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.