logo

Avqustun 2-də Milli Kino Günü qeyd olunacaq

12:12 25-07-2019 | icon 735
Avqustun 2-də Milli Kino Günü qeyd olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş tədbir keçiriləcək.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında videoçarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulur.

Həmçinin tədbir çərçivəsində dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olunacaq.