logo

Lənkəranın bir neçə kəndinin təbii qaz təchizatı dayandırılıb

11:48 25-07-2019 | icon 2688
Lənkəranın bir neçə kəndinin təbii qaz təchizatı dayandırılıb

Lənkəran rayonunun Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkən diametri 163 millimetr olan təbii qaz xətti zədələnib. Nəticədə Şovu, Təngivan və Siyablı kəndlərinin ümumilikdə 350-dək abonentinin qaz təminatı təmir işləri bitənədək dayandırılıb.

YeniAvropa  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.