logo

"Qarabağ" səfərdə İrlandiya çempionu ilə heç-heçə etdi

00:40 25-07-2019 | icon 3038
"Qarabağ" səfərdə İrlandiya çempionu ilə heç-heçə etdi

Ağdamın "Qarabağ" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

 YeniAvropa xəbər verir  ki, ağdamlıların rəqibi İrlandiya çempionu "Dandolk" olub. Eyniadlı şəhərin “Oriel Park” stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hər iki qol künc zərbəsindən sonra vurulub. 4-cü dəqiqədə Mahir Emreli, 78-ci dəqiqədə isə Patrik Hoban fərqləniblər.

Qeyd edək ki, matçın böyük hissəsi "Qarabağ"ın üstünlüyü şəraitində keçsə də, əlverişli imkanlardan fərqlənmək mümkün olmayıb. İkinci hissənin əvvəllərində isə Ağdam təmsilçisi itki ilə üzləşib. Müdafiəçi Maksim Medvedev zədələnərək, yerini komanda yoldaşı Abbas Hüseynova verib. Növbəti əvəzetmə isə 87-ci dəqiqədə gerçəkləşib - Xayme Romeronu Araz Abdullayev əvəzləyib.

Bu komandalar arasında cavab görüşü iyulun 31-də Bakıda, "Dalğa Arena"da keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" I təsnifat mərhələsində "Partizani" ilə Albaniyada qolsuz heç-heçə oynayıb, Bakıda keçirilən  cavab görüşündə isə qələbə qazanıb- 2:0. "Dandolk" isə Latviya "Riqa"sını penaltilər seriyasında üstələməyib.