logo

Şəhriyar  Riqa “Grand Prix 2019”un çempionu oldu

23:11 24-07-2019 | icon 2926
Şəhriyar  Riqa “Grand Prix 2019”un çempionu oldu

FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019” də uğurla çıxış edən 
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov  turnirin çempionu olub. 

 YeniAvropa xəbər verir  ki, 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı məğlub edib - 4:3.  

Xatırladaq ki, Şəhriyar Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu. 

Qeyd edək ki, FIDE "Qrand-prix" turnirlərini  2020-ci ildə keçiriləcək  İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib.  Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.

“Grand Prix 2019” seriyasının birinci mərhələsi bu ilin may ayında Moskva şəhərində keçirilib. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov birinci mərhələdə ilk raundda uduzduqları üçün turnirlə vidalaşmalı olublar. Turnirin növbəti mərhələləri Hamburq (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) keçiriləcək.

Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq.