logo

UEFA Çempionlar Liqası: “Dandolk”-“Qarabağ” oyunu başlayır

22:35 24-07-2019 | icon 2933
UEFA Çempionlar Liqası: “Dandolk”-“Qarabağ” oyunu başlayır

Bir qədər sonra UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Dandolk” - “Qarabağ” oyunu başlayır.

 YeniAvropa xəbər verir  ki,  “Oriel Park” stadionunda keçirilən görüşü polşalı hakimlər briqadası idarə ediəcək. Baş hakim Bartoş Frankovskiyə Marçin Bonyek və Yakub Vinkler kömək edirlər. Dördüncü hakim funksiyasını isə Daniel Stefanski yerinə yetirəcək.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranadakı ilk qarşılaşmada hesab açılmasa da, Bakıda keçirilən cavab oyununda “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb – 2:0.

“Dandolk” Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib I təsnifat mərhələsində Latviyanın “Riqa” klubunu penaltilər seriyasında üstələyib - 5:4.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-i saat 21:00-da “Dalğa Arena”da təşkil olunacaq.