Zakir Həsənov cəbhəboyu zonada yeni hərbi obyektin açılışında iştirak edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlcə nazirliyin rəhbər heyəti Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Müdafiə naziri bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib. Nazirə məruzə olunub ki, yaşayış kompleksi qaz, su, işıq və lazımi kommunikasiya xətləri, həmçinin yeni mebel dəstləri ilə təchiz edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, döyüş texnikası üçün saxlanc, avtopark, silah otağı, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirdikdən sonra şəxsi heyətlə birlikdə nahar edib.
Sonra müdafiə naziri qoşunların təmas xəttinə yaxın kəndlərdən birində yaşayan, Aprel döyüşləri zamanı şəhid olmuş Orxan Həmidovun ailəsini ziyarət edib. Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb, Azərbaycanın Prezidenti və Birinci vitse-prezidentinin bu istiqamətdə atdığı bütün addımlara və qəbul edilən qərarlara görə dərin minnətdarlıq ifadə olunub.
Şəhidin anası Tamilla xanım ailəsinə dövlət başçısı tərəfindən göstərilən diqqətə və Müdafiə naziri adından təqdim edilən hədiyyələrə görə təşəkkür edərək bildirib ki, hərbi qulluqçuların köməyi ilə oğlunun ailəsinin yaşadığı həyətə su çəkilərək “Orxan bulağı” inşa edilib.
Çay süfrəsi ətrafında davam edən söhbət zamanı şəhidin ailə üzvləri Azərbaycan Ordusunun qüdrətinə və qələbəsinə inamın böyük olduğunu qeyd edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin bölmələrimiz tərəfindən etibarlı müdafiə olunduğunu və əhalinin hərbçilərimizə yüksək etimad göstərdiyini bildiriblər.
Cəbhəboyu zonaya səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi görüşlərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclisin deputatı Aqil Abbas da iştirak ediblər.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib