logo

Prezident Vergilər Nazirliyinin yeni strukturunu təsdiqləyib

17:15 24-07-2019 | icon 2779
Prezident Vergilər Nazirliyinin yeni strukturunu təsdiqləyib

Prezident İlham Əliyev iyulun 24-də "Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Yeni strukturdan belə məlum olur ki, Vergilər Nazirliyində departamentlər ləğv edilib, yerində isə baş idarələr yaradılıb. 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yeni strukturu

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Milli Gəlirlər Baş İdarəsi;

2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;(yeni yaradılıb)

2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).