logo

BTQ ilə Türkiyədən Gürcüstana ilk yük qatarı yola salınıb

14:08 24-07-2019 | icon 2562
BTQ ilə Türkiyədən Gürcüstana ilk yük qatarı yola salınıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən ixrac məhsullarını Gürcüstana aparan ilk yük qatarı Ərzurumdan yola düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu münasibətlə rəsmi yolasalma mərasimi təşkil olunub. Qatar Ərzurumdakı “Palandökən” Logistika Mərkəzindən yola salınıb.

Mərasimdə qeyd edilib ki, il ərzində BTQ ilə Gürcüstana 120 min ton dəmir məhsullarının daşınması planlaşdırılır.