logo

“Gəncə Avtomobil Zavodu “Sampo” ilə əməkdaşlıq memorandumu imzalayıb

13:50 24-07-2019 | icon 2667
“Gəncə Avtomobil Zavodu “Sampo” ilə əməkdaşlıq memorandumu imzalayıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) ilə Finlandiyanın məşhur “Sampo” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Gəncə Avtomobil Zavodundan  YeniAvropa-ya bildirilib ki, sənədə əsasən istehsalat birliyi ilə şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki xidmətin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, həmçinin digər məsələlərdə əməkdaşlıq edəcəklər.

Sənədi “Sampo” şirkətinin region üzrə satış və marketinq direktoru Sami Seppala və “Gəncə Avtomobil Zavodu” İB-nin direktor müavini Elşən Məmmədov imzalayıblar.

Qeyd edilib ki, birgə fəaliyyətlə bağlı təklif “Sampo” şirkətindən gəlib. Memorandumun imzalanma mərasimində perspektiv əməkdaşlıq planları da müzakirə olunub.