logo

2018-ci ildə Azərbaycan-Çin ticarət dövriyyəsi 1 milyard dolları ötüb

12:29 24-07-2019 | icon 2744
2018-ci ildə Azərbaycan-Çin ticarət dövriyyəsi 1 milyard dolları ötüb

Keçən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki,  bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun Ələt qəsəbəsindəki yeni Bakı Limanı ilə tanışlığı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsində iki ölkənin ticarət dövriyyəsi də artmaqdadır. Çin şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühiti mövcuddur.