logo

Tbilisi üzərindən uçuşlara məhdudiyyət qoyulur

11:48 24-07-2019 | icon 2604
Tbilisi üzərindən uçuşlara məhdudiyyət qoyulur

Avqustun əvvəlindən başlayaraq Tbilisi üzərindən təyyarələrin uçuşlarına məhdudiyyətlər tətbiq olunacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Milli Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, Tbilisi üzərindən uçuşlara məhdudiyyətlərin tətbiqi ölkə ərazisində keçiriləcək hərbi təlimlərlə əlaqədardır. Avqustun 3, 4 və 5-də saat 9:30-dan 11:30-dək və 21:30-dan 23:30-dək Tbilisi üzərində və yaxın ərazilərdə təyyarələrin uçuşuna qadağa qoyulacaq. Qadağalar, eyni zamanda, avqustun 7, 8 və 9-da saat 9:30-dan 11:30-dək qüvvədə olacaq.

Agentlikdən bildirilib ki, məhdudiyyətlə əlaqədar olaraq aviaşirkətlər öz uçuş qrafiklərində dəyişikliklər etməlidir. Artıq Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlinə dəyişiklik edib.

Məlumat üçün qeyd edək ki, iyulun 27-dən avqustun 9-dək Gürcüstanda “Agile Spirit” (Çevik Ruh) çoxmillətli hərbi təlimləri keçiriləcək. Hərbi təlimlərdə 14 ölkədən 3 minədək hərbçi iştirak edəcək.