logo

Şəhriyar bugünkü tay-brekdə Riqa “Grand Prix”nin qalibi ola bilər

10:57 24-07-2019 | icon 2877
Şəhriyar bugünkü tay-brekdə Riqa “Grand Prix”nin qalibi ola bilər

FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019”seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib.

YeniAvropa xəbər verir  ki,  azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cavab oyununda Fransa təmsilçisi Maksim Vaşe-Laqrava məğlub olub. Rəqiblər qalibin müəyyənləşməsi üçün iyulun 24-də tay-brekdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən gün keçirilmiş birinci partiyada Ş.Məmmədyarov M.Vaşe-Laqrava qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pridə göstərilən nəticələrə görə, şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.