logo

Nəqliyyat sahəsində Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub

10:31 24-07-2019 | icon 2485
Nəqliyyat sahəsində Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub

Azərbaycan ilə İran arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İranın Yollar və Şəhərsalma nazirinin müavini, İran Dəmir Yollarının prezidenti və idarə heyətinin sədri Səid Rəsulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qeyd edilib ki, Azərbaycan-İran iqtisadi əlaqələri inkişaf edir, investisiya və ticarət əməkdaşlığı həyata keçirilir, ölkələrimiz arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlıq genişlənir, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilir.

Səid Rəsuli qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafında nəqliyyat-tranzit sahəsinin rolunu, bu sahədə mövcud potensialı vurğulayıb.

Görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.