logo

Azərbaycan-Moldova ticarət dövriyyəsi 2,2 milyon dolları ötüb

19:53 23-07-2019 | icon 2583
Azərbaycan-Moldova ticarət dövriyyəsi 2,2 milyon dolları ötüb

Cari ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyon dolları ötüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 2 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 253 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.