logo

0,5 milyon avroya İspaniyanın üçüncü futbol liqasında yer almaq olar

19:27 23-07-2019 | icon 2905
0,5 milyon avroya İspaniyanın üçüncü futbol liqasında yer almaq olar

İndi İspaniyanın istənilən futbol klubu pul müqabilində ölkənin üçüncü liqasında yer ala bilər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, İspaniya Kral Futbol Federasiyası liqadakı yerləri satışa çıxarıb. Üçüncü liqada yer almağın qiyməti 452 min avrodur. Təklifdən iyulun 25-nə qədər istifadə etmək olar.

Əgər yeri bir neçə klub almaq istəsə, onda idman nailiyyətləri daha yüksək olan klub seçiləcək. Əgər heç bir iddiaçı olmasa, qiymət iki dəfə aşağı salınacaq.